İşçilər üçün təhlükəsiz əmək şəraiti ilə bağlı seminar keçirilib
17 iyul 2013 19:04 (UTC +04:00)

İşçilər üçün təhlükəsiz əmək şəraiti ilə bağlı seminar keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi ilə birgə Sumqayıt şəhərində “İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması” mövzusunda seminar-müşavirə təşkil olunub.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, seminar-müşavirədə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Allahverdi Avişov bu kimi tədbirlərin əhəmiyyətindən, həmkarlar orqanları ilə Dövlət Əmək Müfəttişliyi arasında əməkdaşlığın vacibliyindən danışıb.

 

7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Şəfa  Əliyev çıxışında işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında dövlət nəzarətinin səmərəli təşkili məsələlərinə toxunub.  Onun sözlərinə görə, yerli  həmkarlar təşkilatlarının ictimai fəallığı işçilərin əmək hüquqlarının qorunmasına, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkilinə xeyli əlavə stimul verə bilər. Şəfa Əliyev əməyin mühafizəsi üzrə işəgötürənlərin məsuliyyəti, bu sahədə qanunvericiliyə ictimai nəzarətin əhəmiyyəti və birgə fəaliyyətin vacibliyini xüsusi vurğulayıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar