İranın əmək naziri Azərbaycana səfər edəcək
02 aprel 2015 12:06 (UTC +04:00)

İranın əmək naziri Azərbaycana səfər edəcək

Aprelin 15-17-də İranın əmək naziri Azərbaycana səfər edəcək. Lent.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan tərəfindən də İrana səfər olacaq. Belə ki, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev yaxın zamanlarda Tehrana səfər edəcək.

 

 

Səfir Yəməndə baş verən hadisələrə də münasibət bildirib. Diplomat qeyd edib ki, rəsmi Tehran Yəməndə baş verən hadisələrdən çox narahatdır: “İran münaqişənin dinc yolla həll edilməsinin tərəfdardır. Ümid edirik ki, Yəmənin əleyhinə baş verən müharibə tezliklə öz həllini tapacaq. Rəsmi Tehran BMT və  İslam konfransı təşkilatı səviyyəsində əlindən gələni edir ki, münaqişə öz həllini tapsın”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar