Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində bir günlük “Tələbə rektor” layihəsinə start verilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səsvermə yolu ilə seçilmiş Kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edir.
Rektorla birinci iş gününə başlayan “Tələbə rektor” əvvəlcədən tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək, konkret problemləri müəyyənləşdirib, onları sistemləşdirərək problemlərin həlli istiqamətində və universitetin inkişafı üzrə hazırladığı təklif və tövsiyələri rektora təqdim edib.
Daha sonra rektorla “Tələbə rektor” Böyük Britaniyadan gələn nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
“Tələbə rektor” layihəsi günün sonuna qədər davam edəcək.