İqtisad Universitetində “Açıq qapı” günü keçirilib
07 iyul 2014 10:46 (UTC +04:00)

İqtisad Universitetində “Açıq qapı” günü keçirilib

0

Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçirilib. Ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşların şikayət və təklifləri dinlənilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.

 

Vətəndaşlar əsasən övladlarının digər universitetlərdən ADİU-ya köçürülməsi ilə bağlı müraciətlər ediblər. “Açıq qapı” günündə həmçinin, universitetdə pedaqoq kimi fəaliyyət göstərmək istəyənlər də rektorun qəbulunda olublar. Rektor Ədalət Muradov bütün müraciətlərin nəzərə alınacağını bildirib.

 

ADİU-da “Açıq qapı”günü hər ayın birinci şənbə günü keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 553

Oxşar yazılar