İqtisad Universitetində 31 mart qurbanları anılıb
31 mart 2015 16:17 (UTC +04:00)

İqtisad Universitetində 31 mart qurbanları anılıb

 

Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

 

 

Ali Məktəbin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan XX əsrdə dörd dəfə erməni millətçiləri tərəfindən etnik təmizləmə və deportasiyaya məruz qalıb. 1918-ci ilin mart qırğını da xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə siyasi qiymət verilib və ilk dəfə olaraq xalqımızın ermənilər tərəfindən soyqırıma məruz qaldığı rəsmi surətdə bəyan edilib: “Biz gənclərdə möhkəm milli yaddaş formalaşdırmalı və düşmənə münasibətdə onlara nümunə olmalıyıq”.

 

 

Tədbirdə çıxış edənlər bildirib ki, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri dəhşətləri unutmaq qeyri-mümkündür. Erməni terror təşkilatlarının törətdikləri cinayətlərin təkrar olunmaması üçün milli birlik nümayiş etdirilməlidir.

Tədbirdə ADİU tələbələrinin hazırladığı videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycan, türk, ingilis, çex, çin, ispan, alman, isveç və rus dillərində 31 mart - azərbaycanlıların soyqırımı barədə məlumat verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar