İndoneziyalı səfir UNEC tələbələri ilə görüşüb
15 mart 2017 13:49 (UTC +04:00)

İndoneziyalı səfir UNEC tələbələri ilə görüşüb

 

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani UNEC-də olub.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov “İslam Həmrəyliyi İli”nin elan edilməsini dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın Azərbaycanın İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdığını bildirib. Prorektor UNEC-də mütəmadi olaraq “İslam Həmrəyliyi İli”nə həsr olunan görüşlər təşkil ediləcəyini qeyd edib.

 

Səfir Hüsnan Bəy Fanani bildirib ki, Azərbaycan İndoneziya ilə münasibətlərini müstəqilliyini bərpa etdikdən sonra yaradıb və bu əlaqələr iqtisadiyyatın bütün sahələrində, xüsusən ticarət, turizm, eyni zamanda təhsil sektorunda yüksələn xətlə davam etməkdədir. Mədəni və mental dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər aparılmasının mümkün olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.

 

UNEC tələbələri səfirə İndoneziyanın ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri və turizm imkanları ilə bağlı suallar veriblər.

 

Sonda Hüsnan Bəy Fanani tələbələr üçün İndoneziya musiqilərini ifa edib.

 

Bildirək ki, görüş UNEC-in Rus İqtisadiyyat Məktəbinin “Gənc diplomatlar” klubunun təşəbbüsü ilə reallaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar