İlk peşə-ixtisas təhsili müəssisələrinə yerləşdirilmə başa çatıb
27 avqust 2016 10:23 (UTC +04:00)

İlk peşə-ixtisas təhsili müəssisələrinə yerləşdirilmə başa çatıb

0

 

 

Avqustun 26-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11-26 avqust tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.

 

Bildirək ki, “Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

 

 

Nəzərinizə çatdıraq ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri avqustun 27-dən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:

1. Təhsil haqqında sənədin əsli;

2. Tibbi arayış;

3. Şəxsiyyət vəsiqəsi (surəti);

4. 3 x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil;

5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

 

 

Qeyd edək ki, boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar