Prezident İlham Əliyev Fikrət İsmayıl oğlu İsmayılova Prezidentin fərdi təqaüdünün verilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə F.İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Fikrət İsmayılova Prezidentin fərdi təqaüdü veriləcək
0
0
0
0