Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” fərmanın ləğv edilməsi barədə fərman imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, “Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 1993-cü il 20 iyun tarixli fərman ləğv olunub.