Prezident İlham “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərini təltif edib. Lent.az-ın məlumatına görə, ölkə başçısı Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə, Seyidov Valeh Famil oğlunu “Şöhrət” ordeni, Abbasov Kamil Musa oğlu, Ələsgərov Faxrəddin Camal oğlu, Kəngərli Aqşin Nəsrulla oğlu, Kərimov Fərəc Kərim oğlu, Quliyev Ağalar Əliqardaş oğlu, Quliyev Nofəl Nəriman oğlu, Mustafayev Vasif Ağa Səməd oğlu, Rüstəmov Ədalət Əlşah oğlu və Sadıxov Qurban Qulam oğlunu isə "Tərəqqi" medalı ilə təltif edib.