“Artıq iki televiziya kanalında bədii şura yaradılıb”.
Lent.az-ın məlumatına görə, bunu MTRŞ-nın sədri Nuşirivan Məhərrəmli deyib. O bildirib ki, artıq bununla bağlı İctimai Televiziya və Xəzər Televiziyası MTRŞ-ya məktub göndərib: “Hazırda bədi şuranın yaradılması prosesi digər kanallarda da həyata keçirilir”.
N.Məhərrəmli prodakşınlar tərəfindən çəkiləcək seriallara sponsorluq edəcək şirkətlərlə bağlı məsələyə aydınlıq gətirib. O qeyd edib ki, sponsorlarla iş düzgün qurulmalıdır: “Seriallardakı sponsorların reklamı məsələsi bizi də narahat edir. Heç şübhəsiz ki, bu məsələ də öz həllini tapacaq”.
M. Məhərrəmli onu da vurğulayıb ki, seriallar üçün ayrılan vəsaitlə bağlı qərar, yaxın zamanlarda veriləcək.