<b>II qəbul imtahanı üçün qeydiyyatın müddəti uzadıldı </b>
23 may 2017 11:59 (UTC +04:00)

II qəbul imtahanı üçün qeydiyyatın müddəti uzadıldı

I-Iv qruplar üzrə yayda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron ərizə qəbulu üçün müddət uzadılıb.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanında iştirak etmək istəyini bildirmiş abituriyentlərin yay imtahanına qeydiyyatı, təsdiq edilmiş elektron ərizəsi olmayan abituriyentlərin elektron ərizələrinin qəbulu və təsdiq edilmiş elektron ərizədə qeyd olunmayan imtahan seçimlərinin elektron ərizəyə əlavə edilməsi üçün son tarix mayın 24-ü saat 11:00-a kimi uzadılıb.   

Qeyd edək ki, qeydiyyat prosesi 22 may saat 23:59-da baş çatmalı idi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183

Oxşar yazılar