İslam Əməkdaşlıq Təşkilatı Təhsil Mübadiləsi Proqramına start verib.
APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, üzv ölkələrin tələbələri proqram çərçivəsində təqdim edilən təqaüdlərlə siyahıda olan özəl və dövlət universitetlərində təhsil ala biləcəklər. Proqrama təqaüdlər, fakültə dəyişmə, distant təhsil, araşdırma layihələr və xüsusi kurslar daxildir. Proqram hələlik 11 universiteti əhatə edir. Bunlardan biri Azərbaycan Diplomatik Akademiyasıdır. Gələcəkdə bu siyahının genişlənəcəyi gözlənilir.