İctimaiyyətin narazılıq etdiyi dərslik yenidən müzakirə edildi
09 fevral 2013 10:05 (UTC +04:00)

İctimaiyyətin narazılıq etdiyi dərslik yenidən müzakirə edildi

Riyaziyyat fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclası keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Gündəlik məsələ,  ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirəsi olub. Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

 

Müzakirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı,   dərslik müəllifi Famil Hüseynov, Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə Bakı və Sumqayıt  şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

Qeyd edək ki, növbəti seminar iclasında (15 fevral 2013-cü il tarixdə saat 12:00) müzakirə davam etdiriləcək.

Anar Məcidzadə

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar