Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Rayon İcra Hakimiyyətinin 1646 – Sakinlərin Müraciəti Xidmətinin yaradılmasının və “Binəqədi” qəzetinin iki ilinin tamam olması münasibətilə xidmətin əməkdaşlarını və qəzetin yaradıcı kollektivini qəbul edib. İH-dən Lent.az-a verilən məlumata görə, görüş zamanı hər iki qurumun əməkdaşlarını təbrik edən X. İsgəndərov sakinlərin üzləşdikləri problemlərin operativ həllində 1646 - SMX-nin əhəmiyyətindən danışıb və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində səmərəli işləməyin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə, eləcə də Binəqədi rayonunda görülən işlərin məhz vətəndaşlarımızın rifahına xidmət etdiyini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı həmçinin, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılmasında “Binəqədi” qəzetinin xüsusi rol oynadığını qeyd etdi, bu mətbu orqanın rayon üçün əhəmiyyətli hadisə kimi səciyyələndirib.