I və IV qrupların nəticələri bu gün açıqlanacaq
14 iyul 2014 10:40 (UTC +04:00)

I və IV qrupların nəticələri bu gün açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirib. Lent.az-ın məlumatına görə, imtahanın nəticələrinin bu gün açıqlanacağı gözlənilir.

 

Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi internet səhifəsində veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667

Oxşar yazılar