I və III ixtisas qruplarında balların aşağı salınmasının səbəbi açıqlandı
26 iyul 2013 12:48 (UTC +04:00)

I və III ixtisas qruplarında balların aşağı salınmasının səbəbi açıqlandı


I və III ixtisas qrupları üzrə keçid ballarının aşağı salınmasının səbəbi açıqlanıb.



Lent.az-ın verdiyi məlumata görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, bu ixtisas qruplarında balların aşağı salınması ilə bağlı mətbuatda naşı yazılara rast gəlinir.

Məleykə Abbaszadə bildirib ki, birinci qrupda müsabiqədə iştirak etmək üçün bal  150-yə salınıb: “Bizdə hər bir qrupda maraqlı bir tendensiya, ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur. Bu abituriyentlər əsasəen konkret hansısa ixtisası seçir və dövlət hesabına oxumaq istəyirlər. 500 baldan yuxarı yığan elə abituriyentlər var ki, onlar mülki yox, hərbi ali məktəbləri seçirlər. Məsələn, Polis Akademiyasına üçüncü qrupda qəbul olanların arasında 135 nəfər 500 baldan yuxarı, 35 nəfər 600 baldan yuxarı nəticə göstərib. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunanlardan 33 nəfər 500 baldan, onlardan 12 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Fövqəladə Hallar Nazirliyinin iki ixtsasına qəbul olunan 12 nəfər 500 baldan, 2 nəfər 600 baldan yuxarı nəticə göstərib. Amma hər bir qrupa sənəd verənlərin 40 faizi əvvəlki illərin məzunlarıdır. Onların nəticələri elə də yaxşı deyil. Bu ilki məzunların nəticələri daha yaxşıdır. Birinci qrupda 35 min nəfərdən çox imtahan veribsə, onun 50 faizi, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlarından 20 min 453 nəfər imtahan verib. 10 faiz 150 baldan yuxarı nəticə göstərib. Biz onlara şans veririk. Birinci qrupda 20 min 453 məzunun 37 faizi 0-100 bal arasında nəticə göstərib. Əvvəlki illərin məzunlarının (15 min nəfər) 72 faizi isə 0-100 bal arasında nəticə göstərib. Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər. Gənclər ali təhsil almaq istəyirlər, bu motivasiyanı da gənclərdə saxlamaq lazımdır”.

Məleykə Abbaszadə bildirib ki, keçən il də birinci qrupda ballar 150 bala salınıb: “Bu müsabiqə şərtlərinə əsasən, Bakı Dövlət Universitetinə 1123 nəfər qəbl olunub. Universitetə əvvəlki illərin məzunlarından 150-200 balla nəticə göstərən yalnız 1 nəfər qəbul olunub. Dövlət Neft Akademiyasına bu balla 2 nəfər, Texniki Universitetə 409 nəfər, Pedoqoji Universitetə 2 nəfər, İqtisad Universitetinə 8 nəfər, Müəllimlər İnstitutunun Qazax flialına 7 nəfər qəbul olunub. Biz Tələbə-Məzun Sistemini izləyirik, akademik borca görə ai məktəblərdən qovulanlar da diqqətimizdədir. Biz gözləyirdik ki, ötən il 150-200 balla ali məktəbə qəbul olan tələbələr birinci kursun proqramını mənimsəyə və sessiya imtahanlarını verə bilməyəcəklər. Əgər nəticə belə olsaydı, bu il birinci qrupda müsabiqə şərtlərini 150 bala endirməyə ehtiyac qalmayacaqdı. Akademik borca görə heç kim ali məktəbdən çıxarılmayıb. Cəmi 20 nəfər ali məktəbdən çıxıb, onlar da həmin ixtisası bəyənmədikləri üçün bu addımı atıblar. Yəni, 150-200 balla ali məktəblərə qəbul olunanlar arasında akademik borca, oxuya bilməməyə görə qovulanlar yoxdur. Ona görə bu il də balları 150 bala saldıq. Bu, reallıqdır”.

TQDK sədri qeyd edib ki, buraxılış imtahanlarında heç olmasa bir fəndən “2” alanlara da imtahanda iştirak hüququ verilib: “Birinci qrupda 1962 abituriyent var idi ki, heç olmasa bir fəndən "2" almışdılar. 74 nəfər 0 bal, 594 nəfər 0-20 bal, 577 nəfər 20-40 bal, 363 nəfər 40-60, 168 nəfər 60-80 bal, 83 nəfər 80-100, 45 nəfər 100-120 bal, 26 nəfər 120-140 bal, 25 nəfər 140-160 bal, 18 nəfər isə 150 baldan yuxarı yığıb. 4 nəfər 180-200, 7 nəfər 200-220, 2 nəfər 220-240, 3 nəfər 240-260, 1 nəfər 280-300 bal yığıb. Biz araşdırdıq ki, 150 baldan yuxarı nəticə göstərənlər əsasən “Ana dili” fənnindən “2” alanlardır. Biz bunlara şans vermişik”.


Məleykə Abbaszadə deyib ki, III qrupda da buraxılış imtahanından heç olmasa bir fəndən “2” qiymət alan 1370 nəfər iştirak edib: “Onlardan 78 nəfər 0 bal, 177 nəfər 0-20, 224 nəfər 20-40, 230 nəfər 40-60, 186 nəfər 60-80, 111 nəfər 80-100, 78 nəfər 100-120, 67 nəfər 120-140, 45 nəfər 140-160 bal yığıb. Ümumilikə, bu abituriyentlərin 90 faizi 200 baldan aşağı bal yığıb. 9 nəfər 240-260, 3 nəfər 260-280, nəfər, 10 nəfər 280 baldan yuxarı nəticə göstərib. Bu abituriyentlər buraxılış imtahanında “Ana dili” fənnindən “5” alıb, riyaziyyatdan aşağı nəticə göstərənlərdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar