2018-2019-cu tədris ili üzrə elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 41 949 sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilir ki, onlardan 38 462-si ümumi təhsil məktəblərini, 3 487-si isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizinə yaxındır.