I sinfə qəbul komissiyalarında psixoloqlar da olacaq
26 iyul 2013 16:14 (UTC +04:00)

I sinfə qəbul komissiyalarında psixoloqlar da olacaq

 

Təhsil Nazirliyi uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) nəzdində yaradılan komissiyaların tərkibinə mütləq surətdə psixoloqlar da daxil ediləcəyini bəyan edib. 

 

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi bildirib ki, əsas məsələ prosesin psixoloji və metodik cəhətdən düzgün hazırlanan vasitələr əsasında obyektiv təşkil edilməsidir.

 

Qeyd edək ki, təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” təsdiq edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar