Təhsil Nazirliyi yeni təşəbbüsə imza atıb. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib ki, yeni layihənin icrasında məqsəd gələn il birinci sinfə dərs deyəcək müəllimlərin ixtisaslarını artırmaqdır. Buna görə 111 müəllim könüllü şəkildə kurslara cəlb olunub”.
Şöbə müdiri qeyd edib ki, Bakının 70 məktəbini təmsil edən həmin müəllimlər sınaq qiymətləndirilməsində qənaətbəxş nəticə göstərənlərdir.