Hüseynqulu Bağırov jurnalistləri təbrik etdi
22 iyul 2014 13:45 (UTC +04:00)

Hüseynqulu Bağırov jurnalistləri təbrik etdi

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Sizi 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq.


139 il əvvəl Azərbaycan dövri mətbuatının əsasını qoymuş “Əkinçi” qəzetinin 
nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır. İnanırıq ki, indi fəaliyyət göstərən bütün media nümayəndələri jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndirir, Sizi bir daha təbrik edir və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar