Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprelin 25-də, saat 10:00-da Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Bərdə, Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Xocavənd və Laçın rayonlarının vətəndaşlarını qəbul edəcək. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Bərdə şəhəri Qasımbəy Zakir küçəsi-18, əlaqə telefonları: 050 565 43 55; 050 628 48 52; 020 20 5 44 82) xahiş olunur.
Hüseyn Bağırov Bərdədə vətəndaşları qəbul edəcək
575