Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Tərtər, Bərdə, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşlarla görüşüb, onların şikayət və təkliflərini dinləyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ekologiya və təbii sərvətlər naziri ilə birlikdə nazirliyin idarə və departamentlərinin, tabeli qurumlarının rəhbərləri iştirak edib.
Görüşdə bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Hüseyn Bağırov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.