Hökumətdən orqan transplantasiyasına maliyyə istənildi
12 noyabr 2013 17:11 (UTC +04:00)

Hökumətdən orqan transplantasiyasına maliyyə istənildi

Hökumətdən orqan transplantasiyasına maliyyə istənildi


”Orqan tranplantasiyasından sonra lazım olan dərmanların alınması üçün dövlət büdcəsindən səhiyyə xərclərinə əlavə olunsun”.

Lent. az-ın məlumatına görə, bu təkliflər Milli Məclisin deputatı İlham Məmmədov çıxış edib. Deputat bildirib ki, bu gün Azərbaycanda dializ sahəsinə kifayət qədər diqqət ayrılır və insanlar hətta evlərində belə, dövlət hesabına dializ aparatına qoşula bilirlər.

İ. Məmmədov qeyd edib ki, bununla yanaşı, ölkədə orqan transplantasiyası da həyata keçirilir ki, bu sahəyə dövlət büdcəsindən müəyyən vəsait yönləndirilməlidir: “Mən xahiş edirəm ki, dövlət orqan transplantasiyasından sonra insanlara lazım olan dərmanların dövlət hesabına əldə edilməsinə vəsait ayrılsın”.

Deputat çıxışında ötən illərlə müqayisədə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin xeyli dərəcədə artırıldığını da xüsusi olaraq nəzərə çatdırıb. İ. Məmmədov çıxışının sonunda dövlət büdcəsi ilə bağlı layihəni dəstəklədiyini və deputatlar həmkarlarını da bu layihəyə səs verməyə çağırıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Anar Gəraylı

Oxşar yazılar