Bu gün Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə təhsil islahatlarına başlanılması, təhsil sahəsində öz həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəldilmiş bir sıra dövlət proqramların qəbulu məhz Heydər Əliyevin mövqeyi nəticəsində mümkün olub. Nazirin sözlərinə görə, Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur: “Respublika mərhələsinin iştirakçıları arasında 8 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 11 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yeri tutan 65 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 91 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabda çap edilib. Müsabiqənin Respublika mərhələsində 119 nəfər iştiralk edib. Onlardan 10 nəfəri VIII, 29-u X, 28-i XI sinif şagirdidir. İlk peşə ixtosas təhsili müəssisələrini 14 nəfər, orta ixtisas məktəblərini isə 9 nəfər təmsil edib. Mart ayında yekunlaşan inşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən çox şagird iştirak edib”.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsi, ideyaları, böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərir. .
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın salamlarını toplantı iştirakçılarına çatdırıb və qaliblərin hər birini təbrik edib. Onun sözlərinə göər, bu il mayın 10-da Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə yanaşı, Heydər Əliyev Fondunun 10 illik yubileyi də qeyd olunacaq: “İnşa yazı müsabiqəsinin keçirilməsinin əhəmiyyəti yüksəkdir. Heydər Əliyev Fondunun da əsas məqsədi Heydər Əliyev irsini dərindən öyrənmək və gənclərə onu çatdırmaqdır”.

Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı - YENİLƏNİB
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33