Mehriban Əliyeva mərasimdə iştirak edib
Bu gün Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Mehriban Əliyeva çıxış edərək Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan danışıb. Azərbaycanın birinci xanımı Fondun yeni layihəsinin əhəmiyyətini qeyd edib.
Sonra proqramın təqdimatı olub. Daha sonra baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış ediblər.
Sonda Mehriban Əliyeva əminliklə bildirmişdir ki, Heydər Əliyev Fondunun indiyədək həyata keçirdiyi digər proqramlar kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurlu olacaq.