Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil etdi
14 noyabr 2015 00:40 (UTC +04:00)

Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil etdi

Noyabrın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.

 

Fonddan Lent.az-a verilən məlumata görə, Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəlib. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak ediblər.

 

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar.  Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb.

 

Şənliyin sonunda 200-dək uşağa Heydər Əliyev Fondunun hədiyyələri verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar