Onun yarım litrində 5 kiloqram ətdəki qədər kalsium var!
İnsan sağlamlığı baxımından son dərəcə vacib olan südün yarım litrində, digər bəzi qida maddələrindən qat-qat çox kalsium olduğu bildirilir.
Uludağ Universiteti Baytarlıq fakültəsinin qidalanma gigiyenası və texnologiyası kafedrasının müdiri, professor doktor Mustafa Tayar, Türkiyə mətbuatına verdiyi açıqlamada, “yaşam möcüzəsi” deyə adlandırılan böyük qida dəyərinə malik olan südün insanın həyatındakı yerinin, insanlıq tarixi qədər qədim olduğunu söyləyib.
Miladdan öncə 26-cı yüzilə aid Babil yazılarında südlə bağlı mövzuların işləndiyini ifadə edən Tayar, südün yaratdığı bol kalsium və vitaminlərlə bir çox xəstəliyin qarşısını aldığını deyərək, “dünyanın ən yararlı içkisi olan süd, insanların doğuşundan etibarən ilk aldıqları qidadır. Süd, körpələrin incə bədənlərini sağlamlaşdırır, gücləndirir ” – söyləyib.
Tayar, südün min illərdir olduğu kimi yenə insan vücudunun ən çox ehtiyac duyduğu qidalardan biri olduğunu dilə gətirərək, belə deyib: “Bədənin yaradılış forması kimi qəbul edilən proteinlərin əsas bir yeri vardır. Süd proteinin bioloji dəyəri təbii proteinlərə görə daha yüksək olduğundan, vücud digər proteinlərə nisbətən süd proteinindən daha yaxşı yararlanmaqdadır. Südün içindəki protein, böyüməyi və inkişaf etməyə səbəb olur, saç və dırnaqların əmələ gəlməsində böyük rol oynayır və əzələlərin güclənməsinə kömək edir”.
Süd şəkəri olan laktozanın bədənin kalsium və fosfordan daha yaxşı yararlanmasını təşkil etdiyini deyən Tayar bildirib: “Bu səbəblə süd sümük və diş əmələ gəlməsində, körpələrin bəslənməsində vacib rol oynayır. Bundan başqa, süd yağındakı fosfolipidlər, beyin və sinir hüceyrələrinin həyati önəm daşıyan hissələrini əmələ gətirər. Bədən üçün lazımlı olan doymamış yağların hafizəyə təsiri baxımından süd yağının qidalanmada vacib funksiyaları var. İnsanların yaxşı qidalanması üçün bütün minerallara ehtiyacı var. Süddə olan başlıca minerallar fosfor və kalsiumdur. Südün yarım litrində 5 kiloqram ət, 2.6 kiloqram çörək, 6.3 kiloqram kartof, 8.5 kiloqram alma, 1.7 kiloqram kökdəki qədər kalsium olmaqdaır.”
Professor doktor Tayar, kalsiumun əsasən də uşaqların sümük və diş inkişafının tamamlanmasında vacib rol oynadığını deyərək, 25 -30 yaşına qədər alınan kalsiumun, sümük yorğunluğunun artmasına kömək olduğunu, bu yaşlardan sonra isə süd içilməsinə eyni qaydada davam edildiyində, sümük yorğunluğundakı azalmanın yavaşıdığını və gecikdiyini bildirdi.
“Lazımi qədər süd içmək, qısaca kalsium ehtiyacını bütün həyatı boyunca ödəmək və sümük sağlamlığı üçün vacibdir”, - deyən Tayar, bunları qeyd edib: “Süd, bundan başqa, qidalanmamız üçün lazım olan yağda və suda əriyən vitaminlərin hamısını özündə toplayır. Əsasən də zəka inkişafında böyük rol oynayan, dəri və göz sağlamlığında lazımlı olan B2 vitamini üçün süd ən yaxşı qaynaqdır. Bədənin ehtiyacı olan B12, A və C vitaminləri süd içərək vacib ölçüdə qarşılana bilməkdədir. Bu səbəblə hər yaşda süd içmək vacibdir”.
Türkiyə mətbuatından çevirdi: Səbinə Əvəzqızı
Həyat möcüzəsi - süd! - MƏSLƏHƏT
1043