Hesablama Palatası 2 rayonun icra hakimiyyətində yoxlamalar aparacaq
11 iyun 2013 10:23 (UTC +04:00)

Hesablama Palatası 2 rayonun icra hakimiyyətində yoxlamalar aparacaq

Hesablama Palatasının növbəti dəfə Kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsinin “Sosial müdafiə və sosial təminat xərcləri” bölməsi üzrə vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticəsi üzrə hesabat və rəy geniş müzakirə edilərək təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin gəlir və xərclərinin icrasına, dövlət büdcəsinin yerli xərclərindən Sabirabad Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondundan Ağcabədi və Tərtər rayon İcra Hakimiyyətlərinə ayrılan vəsaitlərdən istifadə üzrə Audit proqramları da təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397

Oxşar yazılar