Hərbi Hava Qüvvələrində NATO-nun təlimləri keçirilir
0
0
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Hərbi Hava Qüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi təlim kursu sentyabrın 8-dək davam edəcək.
0
0