Hərbi xidmətə müvəqqəti yarasızlığa dair dəyişikliyə aydınlıq gətirildi
29 oktyabr 2013 17:31 (UTC +04:00)

Hərbi xidmətə müvəqqəti yarasızlığa dair dəyişikliyə aydınlıq gətirildi

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) Nazirlər Kabinetinin «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə edilmiş dəyişiklikdən sonra yaranmış anlaşılmazlıqlara aydınlıq gətirib.

 

SHÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin Əsasnamədə etdiyi dəyişikliklər «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanununun tətbiqi barədə Azərbaycan prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə (Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması) aparılıb.

 

Qanunun 20.2-ci bəndində göstərilib: «Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir».

 

Əsasnamənin 2008-ci il 29 fevral tarixli variantında 2.9-cu bəndində göstərilib: «İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır».

 

Belə ki, «3 aydan 12 aya qədər olan müddətə» cümləsi yeni variantda «hər dəfə 1 ildən artıq olmamaq şərti ilə» cümləsi ilə əvəz edilib: «Qanunun 20.3. bəndinin tələbinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Yəni Əsasnaməyə edilən dəyişiklik dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşların hər il müayinədən keçirilməsi demək deyil».

 

SHÇDX-dən həmçinin bildirilib ki, «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»də oktyabrın 2-də edilmiş dəyişikliklər «hərbi xidmətə müvəqqəti yararsızdır» kateqoriyasına aid edilən şəxslərə şamil edilir.

 

Əsasnaməyə digər dəyişikliyə görə çağırış komissiyalarının tərkibinə psixoloqun əlavə edilməsi çağırışçıların mənəvi-psixoloji durumunu daha dərindən öyrənib qiymətləndirilməsi məqsədi daşıyır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Oxşar yazılar