<b>"Bilik günü" sentyabrın 18-də qeyd ediləcək? -</b><span style="color:red;"> Nazirlikdən AÇIQLAMA
14 sentyabr 2017 10:37 (UTC +04:00)

"Bilik günü" sentyabrın 18-də qeyd ediləcək? - Nazirlikdən AÇIQLAMA

0

 

Təhsil Nazirliyi dərs ilinin sentyabrın 18-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz Feysbuk hesabında bildirib ki, bir çox saytlarda dərslərin sentyabrın 18-də başlayacağı ilə bağlı yanlış xəbərlər yer alıb: "Ölkəmizdə hər il olduğu kimi, "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək”. 

 

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, bu il məktəblərə 1445049 şagird gedəcək. Onlardan 665806-sı qız, 779243-ü oğlandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar