Bir həftədən artıq davam edən qeyri-sabit hava şəraiti sabahdan normallaşacaq. Belə ki, aprelin 24-dən ölkə ərazisində soyuq hava yerini yazın əsl havasına verməyə başlayacaq.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometroloji Proqnozlar Bürosunun baş mühəndisi Elmira Həmidova məlumat verib.
E.Həmidova bildirib ki, bu gündən başlayaraq hava sabitləşməyə doğru gedir: “Sabahdan isə mülayim cənub küləyi olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə artacaq. Həftənin sonuna doğru isə 18-19 dərəcəyədək yüksəlməsi gözlənilir”.
Baş mühəndis onu da qeyd edib ki, bu günlərdə güclü küləklər gözlənilmir.