2016-cı ildə təmayüllü məktəblər şəbəkəsinin genişləndirilməsi davam etdirilib.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında bildirilib ki, 2015-ci ildə həyata keçirilən təmayül siniflərin təşkil olunması layihəsi 2016-cı ildə 124 məktəbdə, 324 sinifdə tətbiq edilib. Layihə 2015-ci ildə 3,700 şagirdi əhatə etmişdirsə, 2016-cı ildə bu rəqəm 7, 268-ə çatdırılıb.
2015/2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3.700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. 2016/2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsilin təmayüllər üzrə təşkil olunmasına başlanılıb. Hal-hazırda 324 sinifdə 7,268 şagirdə tam orta təhsil təmayüllər üzrə tədris olunur.
İndiyə əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyl və arzularına uyğun təşkil edildiyi üçün onların təlimə marağı xeyli artıb, bu da öz növbəsində məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.