Havanın isti keçməsinin səbəbi açıqlandı
02 may 2013 10:45 (UTC +04:00)

Havanın isti keçməsinin səbəbi açıqlandı

Dünən Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub


 

Mayın 1-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

 

O bildirib ki, hava şəraitinin mülayim və isti keçməsinin səbəbi cənubdan daxil olan isti hava kütlələridir. Belə isti hava şəraiti bu həftənin sonuna kimi davam edəcək. Bu günlər ərzində hava şəraitinin iqlim normasından yüksək olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4672
avatar

Oxşar yazılar