Bakı və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin əsasən yağmursuz, dəyişən buludlu keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidreoloqu Asif Verdiyevin Lent. az-a verdiyi məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə çiskin olacaq, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.