Hava yağmursuz olacaq
24 may 2013 00:10 (UTC +04:00)

Hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  

 

Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarına gəlincə, mayın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu açıqlayıb. Mayın 24-dən 26-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.


 

# 376
avatar

Oxşar yazılar