Hava və dəmir yolu nəqliyyatında çalışanlara xəbər
03 iyun 2013 10:53 (UTC +04:00)

Hava və dəmir yolu nəqliyyatında çalışanlara xəbər

Nazirlər Kabineti “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi” nə və “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi” nə dəyişiklik edib.

 

Lent. az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlamanın, təftişin) aparılmasının nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozmaları ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törətdiyi gündən iki il keçəndən sonra intizam tənbehi verilə bilməz.

 

Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İndiyə qədər işçiyə həmin xətalar törətdiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz

“Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nə dəyişiklik də analoji məzmundadır. Dəmir yolu müəssisələrində işçiyə intizam tənbehi maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin nəticələrinə görə pozuntunun baş verdiyi gündən iki ildən gec olmayaraq verilə bilər. İndiyə qədər həmin müddət bir il olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar