Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 23-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında deyib ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək. Temperatur gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi metereoloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.