Hacıbala Abutalıbov oğlu ilə bağlı açıqlama verdi
20 fevral 2014 16:24 (UTC +04:00)

Hacıbala Abutalıbov oğlu ilə bağlı açıqlama verdi

 

 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oğlu İsrafil Abutalıbovun Suriyaya getməsi haqda səslənən fikirlərə aydınlıq gətirib. 

Lent.az-ın azvision.az saytına istinadən xəbərinə görə, H. Abutalıbov bu iddiaların yalan olduğunu bildirib. 

“Bu xəbərlər tamamilə yalandır. Deyilənlər cəfəngiyyatdır. Belə bir şey ola bilməz”.

Qeyd edək ki, bu gün yerli mətbuatda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlunun Əsəd rejiminə qarşı vuruşmaq üçün Suriyaya getməsi haqda iddialar yayılıb.

# 13444
avatar

Oxşar yazılar