“Dövlətin vəsaiti hesabına tikilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Bu dayanacaqlar həmin struktur tərəfindən idarə edilir, yığılan vəsaitlər isə bank vasitəsilə dövlət büdcəsinə köçürülür”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bəzi mətbuat orqanlarında “Azadlıq” Meydanındakı yeraltı dayanacağın oğluna icarəyə verilməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
H. Abutalıbov qeyd edib ki, bu yazılanlar həqiqətdən uzaqdır: “Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil”.