Güclü külək, qar və şaxta - <span style="color:red;">HAVA PROQNOZU
09 dekabr 2014 12:36 (UTC +04:00)

Güclü külək, qar və şaxta - HAVA PROQNOZU

0

Bakıda və Abşeron yarımadasında dekabrın 10-da hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman çiskin olacaq. Lakin bəzi şimal və qərb bölgələrində yağış yağacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə sulu qar və qar yağacaq.

 

Cənub-şərq küləyi əsəcək, ayır-ayır yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7—12 dərəcə isti olacaq. Dağlarda 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Qeyd edək ki, dekabrın ilk günlərində Azərbaycan ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar