GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları dəyişdi
13 fevral 2013 10:37 (UTC +04:00)

GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları dəyişdi

Nazirlər Kabineti 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nda dəyişikliklər edib.

 

Lent.az-ın  verdiyi məlumata görə, dəyişiklik yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmenti olan AZSNET-in idarə edilməsi ilə bağlıdır.

 

 

AZSNET şəbəkəsi əsas və ərazi idarəetmə mərkəzləri olan iyerarxik struktura malikdir. Şəbəkənin idarə edilməsinin əsas mərkəzi (AZSNET şəbəkəsinin əsas qovşağı), habelə ərazi seqmentlərinin idarəetmə mərkəzləri bu vaxta qədər Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitəsinin sərəncamında olub. Dəiyşikliyə əsasən bu səlahiyyət Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə verilib. Əsas GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə əsas GOV.AZ domeninin serverlərinə qoşulmuş AZSNET şəbəkəsinin abunəçiləri üçün İP ünvanlarının verilməsini Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi həyata keçirəcək. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi öz sərəncamında olan texniki vasitələrlə bu Qaydalar və zərurət yarandıqda, qəbul edilə biləcək digər hüquqi sənədlər əsasında GOV.AZ domeninin DNS-nin fəaliyyətini təmin edir. AZSNET şəbəkəsinin əsas və ərazi seqmentlərinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin  29 dekabr 2004-cü il tarixli 172 nömrəli Fərmanı ilə XDMX-nin üzərinə qoyulmuş vəzifələrlə müəyyən edilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi *.GOV.AZ subdomenlərinin inzibatçılarını və AZSNET şəbəkəsinin abunəçilərini şəbəkənin fəaliyyətində və ondan  istifadə qaydalarında olan dəyişikliklər barəsində məlumatlandırır.

 

 

Qeyd edək ki, AZSNET (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AZSNET Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir. AZSNET şəbəkəsi istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar