Nazirlər Kabineti "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları haqqında" qərarını ləğv edib. Bu barədə Lent.az-a Nazirlər kabinetindən bildirilib.
Qərar “Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə" ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alınıb.