<span style="color:red;">Gömrük Komitəsi:  "İdxal olunan bütün ərzaq məhsulları sertifikatlarla təmin olunur"
19 yanvar 2016 15:29 (UTC +04:00)

Gömrük Komitəsi: "İdxal olunan bütün ərzaq məhsulları sertifikatlarla təmin olunur"

 

Gömrük Komitəsi  son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda  məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə məlumatlara aydınlıq gətirib.

 

Komitəsindən Lent.az-a verilən məlumata görə, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur.

 

Komitədən bildirilib ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur: "Ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən  sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər  Kənd Təsərrüfatı  Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha  sonra isə  gömrük-sərhəd buraxılış məntəqəsində bitki  karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir.  Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir.  Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Səlcuq Elçin

Oxşar yazılar