Nazirliklə universitet arasında müqavilə bağlanıb
23 iyul 2014 12:13 (UTC +04:00)

Nazirliklə universitet arasında müqavilə bağlanıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, müqavilədə ADİU-nun nəzdində yaradılan “İnnovativ Biznes–inkubator”un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi nəzərdə tutulub.

“İnnovativ Biznes–inkubator” layihəsi çərçivəsində tələbə “Start-up”ları üçün peşəkar təlimlərin, yeni başlayan tələbə-sahibkarlar üçün təlim kurslarının keçirilməsi, “Start-up”ların yaradılması üzrə ixtisaslaşdırılmış metodik ədəbiyyatın hazırlanması və dərc edilməsi, biznes-planların və marketinq-strategiyaların işlənib hazırlanması, şəxsi biznesin aparılması və inkişafı üzrə tövsiyyələrin işlənilməsi nazirliyin vəsaiti hesabına həyata keçiriləcək.

Müqaviləyə əsasən həmçinin, biznes-inkubatorların və “Start-up”ların fəaliyyətinə dair maarifçilik materiallarının buraxılışı, ADİU-nun “İnnovativ Biznes-inkubator”unun informasiya saytının yaradılması planlaşdırılıb.

Layihə 2014-cü ilin sonuna qədər davam edəcək və onun reallaşdırılması ölkəuniversitetlərində müxtəlif profilli biznes-inkubatorların və tələbə “Start-up”larının yaradılmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar