Geni dəyişdirilmiş məhsullarla əlaqədar monitorinqlər keçiriləcək
26 yanvar 2013 11:25 (UTC +04:00)

Geni dəyişdirilmiş məhsullarla əlaqədar monitorinqlər keçiriləcək

Azərbaycanda geni dəyişdirilmiş məhsullarla əlaqədar 20 istiqamət üzrə monitorinqlər keçirləcək.

 

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov bildirib. Onun sözlərinə görə, monitorinqlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi qaydası”na əsasən aparılacaq və il ərzində 3 dəfə keçiriləcək: “Qanunla Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi qadağan olunub. Bu məhsulların ölkədə aşkarlanması, yayılmasının qarşısının alınması üçün 4 dövlət qurumu - Kənd təsərrüfatı, Ekologiya və təbii sərvətlər, Səhiyyə nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  və AMEA birlikdə tədqiqatlar aparacaq. Tədqiqatlar zamanı geni dəyişdirilmiş genetik materiallar aşkara çıxarılarsa, laborator analizlərdən sonra onların məhvi barədə qərar qəbul ediləcək”.

 

Z. Əkbərov deyib ki, Azərbaycanda həmçinin “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” Milli Proqram hazırlanacaq. Proqramın gələn ay Nazirlər kabinetinə təqdim olunması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar