Genetik modifikasiya olunmuş orqanizmlərin sınağı ilə bağlı seminar keçirilir
01 mart 2013 13:20 (UTC +04:00)

Genetik modifikasiya olunmuş orqanizmlərin sınağı ilə bağlı seminar keçirilir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində cari ilin 1-2 mart tarixlərində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) sınağı ilə bağlı seminar keçirilir. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminar Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST), “Labservis” MMC və Almaniyanın “R-Biopharm” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Seminarda Komitənin mütəxəssisləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edir. Əsas məqsəd GMO sınaqlarının aparılması metodları ilə tanışlıq, sınaqların aparılması üçün istifadə olunan cihazlar haqqında müfəssəl məlumat əldə etmək, həmçinin praktik məşğələlərin həyata keçirilməsidir.

 

Məlumat üçün bildirək ki, AzTEST-in yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının nəzdində GMO şöbəsi fəaliyyət göstərir. Laboratoriyada GMO məhsulların sınaqlarının həyata keçirilməsi üçün Almaniyanın “QiaGen” şirkətinin istehsal etdiyi ekstraktor aparatı (“QiaCube”) və “Real-Time PCR” cihazları alınıb, quraşdırılaraq istifadəyə verilib. Laboratoriyada çalışan personal bir neçə ölkədə bu sahədə təşkil olunan ixtisasartırma kurslarında iştirak etmiş və sertifikatlarla təmin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar