Ağcabədi rayonunda gənclər günü qeyd olunub. Lent.az-ın məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının və rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə rayon rəsmiləri və gənclər iştirak edib.
Tədbirdə GTM Qarabağ və Üzeyir Hacıbəyli adına şəhər incəsənət məktəbi tərəfindən gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilmiş, gənclərin iştirakı ilə müxtəlif səhnəciklər nümayiş etdirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov və Gənclər və İdman idarəsinin rəisi Rüfət Quliyev rayonda müxtəlif sahələrdə fəallıq göstərən istedadlı gəncləri və gənc idmançıları təltif ediblər.
GTM-in kollektivi 2 Fevral – Gənclər Günü münasibətilə Mərdəkanda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqların internat məktəbini ziyarət etmiş və bayram tədbiri keçirib. Tədbirin keçirilməsində əsas məqsəd gələcəyimiz olan uşaq və yeniyetmələrə diqqət və qayğını nümayiş etdirmək, eyni zamanda Gənclər Gününü onlarla birgə qeyd etmək olub. Tədbirdə uşaqlara müxtəlif hədiyyə və geyimlər verilmiş, bayram süfrəsi təşkil olunub.