Gənclər təşkilatları “ASAN xidmət”in qonağı olublar
01 mart 2013 17:36 (UTC +04:00)

Gənclər təşkilatları “ASAN xidmət”in qonağı olublar

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə bir qrup gənclər təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyətilə tanış olub.

 

Qonaqları salamlayan Dövlət Agentliyinin rəsmiləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat veriblər. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

 

Yaradılmış şəraiti yüksək qiymətləndirən gənclər təşkilatlarının rəhbərləri “ASAN xidmət” mərkəzinin fəaliyyətindən və çevikliyindən, əməkdaşların peşəkar yanaşmasından məmnun qaldıqlarını söyləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1144
avatar

Oxşar yazılar